Abşeronda şəhid baba və nəvənin xatirəsinə bulaq istifadəyə verilib (FOTO)

Abşeron rayonunun Qobu qəsəbəsində şəhid baba və nəvənin xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə-bulaq kompleksi inşa olunub. Bununla əlaqədar əraziyə baxış keçirən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bildirilib ki, I Qarabağ müharibəsində döyüşən baba Hüseynov Gülverdi Ağahüseyn oğlu 1992-ci ildə, II Qarabağ müharibəsində isə onun nəvəsi Qasımov Gülverdi Abil oğlu 2020-ci il oktyabrın 26-da qəhrəmancasına döyüşərək şəhidlik zirvələrinə yüksəliblər. Qeyd edilib ki, ərazisdə əsaslı təmir-bərpa işləri həyata keçirilib. Abidənin ətrafına həmişəyaşıl gül kolları və müxtəlif növ dekorativ ağaclar əkilib. Pilləkanlar və ərazi aqlay daşlarla üzlənib.

Vətənimizin bütövlüyü uğrunda Azərbaycan igidlərinin göstərdiyi şücayətdən danışan başçı bildirib ki, onların qəhrəmanlıqları sayəsində torpaqlarımız düşməndən azad olunub. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi və düzgün qərarları ilə 30 illik vətən həsrətinə son qoyulduğunu vurğulayan başçı şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib. Respublikada şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışan başçı onların qarşılaşa biləcəyi bütün problemlərin həlli istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini qeyd edib.

Sonra qəsəbə Ağsaqqallarından Məhəbbət Qasımov, xeyriyyəçi Ağasəlim Məmmədov, Gülverdinin təhsil aldığı Qobu 2 nömrəli tam orta məktəbin drektoru Səkinə Abbasova çıxış edərək qəhrəmanlar haqqında xatirələrindən, onların döyüş yolundan danışıblar.

Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Daha sonra şəhidin valideynləri Abil və Pakizə Qasımavlar ilə görüşən İ.Gülməmmədova onların qayğıları və problemləri ilə maraqlanıb.

Şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirərək onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.

Sonda şəhidlərimizin ruhuna dualar oxunub.

Allah rəhmət eləsin.

Teqlər: