Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və
qazilərlə birgə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən Müharibəsi
Qəhrəmanı”, “Vətən Uğrunda”, “Cəbraılın azad olunmasına görə”,
“Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına
görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad
olunmasına görə” medallarına layiq görülmüş şəhid kəşfiyyatçı
kapitan Musibov Veysəl Yadulla oğlunun 33-cu doğum günü ilə
əlaqədar Xırdalan şəhərindəki Şəhidlər Xiyabanındakı məzarı ziyarət
olunmuşdur. Azərbaycanın bütövlüyü uğrunda canından keçən bütün
şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar
oxunmuşdur.
RİH başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə görüşmüş,
problemləri və qayğıları ilə maraqlanaraq Abşeron rayonunda şəhid
ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra
daimi xarakter daşıyacağını onların diqqətinə çatdırmışdır.
Daha sonra “Vətən Müharibəsi Qəhrəmanı” Musibov Veysəl Yadulla
oğlunun adını daşıyan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbdə
yeni qurulan guşəsinin təntənəli açılış tədbiri keçirilmişdir.
Şəhidin ailə üzvlərinin və rayon ictimaiyyətinin iştirakı ilkə baş
tutan tədbirdə qəhrəmanımızın həyatından, döyüş yolundan və
göstərdiyi şücaətlərdən danışılmış, məktəblilər tərəfindən vətənə,
qələbəyə aid şeirlər səsləndirilmişdir.
RİH başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı Musibov
Veysəl Yadulla oğlunun büstünün hazırlandığını, yaxın zamanlarda
məktəbin həyətinə qoyulacağını vurğulayaraq qeyd etmişdir ki,
şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədi ilə Abşeron
rayonunda küçələrə onların adları verilmiş və həmin küçələrin
abadlaşdırılması istiqamətində ardıcıl olaraq işlər
aparılacaqdır.
Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya
görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
minnətdarlığını bildirmişdir.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
Azərbaycanın zəfəri ilə başa çatmış Vətən Müharibəsi zamanı şəhid
olmuş ən yüksək rütbəli hərbi həkim, “Füzulinin azad olunmasına
görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad
olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda”
medalları ilə təltif olunmuş Tibb Xidməti polkovnik-leytenantı
Abdullayev Rasim Yaqub oğlunun adının abədiləşdirilməsi
istiqamətində tikilməkdə olan Abidə Bulaq Kompleksində görülən
işlərlə yerindəcə tanış olmaq məqsədilə şəhidin ailə üzvləri ilə
birgə əraziyə baxış keçirmişdir. Baxış zamanı bildirilmişdir ki,
Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində inşa edilən bulaq
kompleksi artıq başa çatmaq üzrədir. Qara mərmərdən hazırlanan
abidəyə su və konalizasiya xətti çəkilmiş, şəhid haqqında zəruri
məlumatlar abidəyə həkk olunmuşdur.
RİH başçısı Abdin Fərzəliyev Abidə Bulaq Kompleksinin ətrafında
mini parkın yaradılması, həmişəyaşıl ağac və gül kollarının
əkilməsi, oturacaqların quraşdırılması, yol kənarındakı hasarların
rənglənməsi, ərazidə ümumi şəkildə abadlıq işlərinin aparılması və
görülən işlərin surətləndirilməsi istiqamətində müvafiq qurumlara
aidiyyatı üzrə öz tapşırıq və göstərişlərini vermişdir.
Şəhid Rasim Abdullayevin ailəsi də öz növbəsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını
daim hiss etdiklərini və buna görə ölkə rəhbərliyinə təşəkkürlərini
ifadə etmişlər.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq
sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”,
“Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına
görə”, “Füzulinin azad olunmasına görə” medallarına laiq görülən
şəhid gizir Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı
Bahadur Əhmədovun doğum günündə iştirak etmişdir. RİH başçısı şəhid
övladını 17 yaşı olması münasibəti ilə təbrik edərək ailənin
qayğıları ilə maraqlanıb, onlara hər cür lazımi dəstəyin bundan
sonra da daimi olaraq göstəriləcəyini qeyd etmişdir.
Şəhid ailəsi də öz növbəsində bildirmişdir ki, dövlət tərəfindən
onlara 2 otaqlı təmirli mənzil verilib. Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin şəxsi təşəbbüsü ilə
sözügedən mənzil mətbəx, yataq və qonaq otağı mebelləri və eləcə də
zəruri məişət avadanlıqları ilə təmin olunub. Buna görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını
bildirən şəhid ailəsi həyatlarının hər məqamında ölkə rəhbərliyinin
diqqət və qayğısını hiss etdiklərini ifadə etmişlər.
***
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev
Azərbaycan Ordusunun böyük qələbəsi ilə yekunlaşan Vətən
Müharibəsində şəhid olan, ölümündən sonra “Vətən uğrunda” medalına
layiq görülən əsgər Sadıxov Rahid Vahid oğlunun 21-ci doğum günü
ilə əlaqədar onun əvvəllər yaşadığı Saray qəsəbəsindəki evinə
getmişdir. Şəhidin ailə üzvləri ilə görüşən başçı ailənin
problemləri və qayğıları ilə maraqlanmış, şəhidimizin keçdiyi döyüş
yolu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan xalqının qazandığı qələbə və ölkəmizin
beynəlxalq aləmdə gündən-günə artan nüfuzu haqqında ətraflı məlumat
vermişdir.