Abşeronda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə və qazilər üçün iftar süfrəsi açılıb (FOTO)

Abşeron rayonunda I və II Qarabağ müharibəsində vətənin
bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz
xatirəsinə və qazilər üçün iftar süfrəsi açılmışdır. Tədbirdə
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun
hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon
Təşkilatının sədri, din xadimləri, şəhid ailələri, qazilər və rayon
içtimaiyyəti iştirak etmişdir.

Ziyafətdə şəhidlərimizin əziz xastirəsi bir dəqiqəlik sükutla
yad edilmiş və dövlət himni səslənmişdir.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək şəhidlərin ailə
üzvlərinin hamımızın başının tacı olduğunu və artıq xalqımızın
qisasının alındığını bildirmişdir.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz cəmi 44 gün davam
edən Vətən Müharibəsində düşməni məğlub etmişdir. Xalqımız “Dəmir
Yumruq” ətrafında sıx birləşərək 30 illik vətən həsrətinə son
vermiş, bütün şəhidlərimizin qisasını döyüş meydanında
almışdır.

Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda sürətli və
böyük quruculuq, abadlıq işlərinin aparıldığını önə çəkən RİH
başçısı çox tez bir zamanda oradakı şəhər və kəndlərimizin yenidən
inşa olunacağını, müasir standartlara uyğun infrastruktur və
kommunal sistemlərin qurulacağını və beləliklə də oradakı həyatın
tezliklə yenidən canlanacağını tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır.

Ramazan günlərində anım tədbirlərin davamlı olacağını, Abşeron
rayonunun digər kənd və qəsəbələrdə də ayrı-ayrılıqda iftar
ziyafətlərinin açılacağını qeyd edən başçı burada əsas məqsədin
şəhidlərimizin əziz xatirəsini həyatımızın bütün anlarında,
xalqımıza xas olan ən əziz günlərimizdə, bayramlarımızda yada
salmaq və ruhlarına dualar oxumaq olduğunu qeyd etmişdir.

Daha sonra Xırdalan şəhər “Cümə” məscidinin imamı Hacı Azər
Qafarov, ilahiyyatçı Hacı Şahin Həsənli, şəhid Elçin Həsənlinin
anası Xatirə İsmayılova, şəhid Elşad Həsənovun həyat yoldaşı Aksana
Həsənova və Abşeron Rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev
çıxış edərək Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi şərəfli
qələbədən, ordumuzun göstərdiyi şücaətlərdən danışmış, vətənimizin
bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin şəhadətin uca
məqamın olduğunu qeyd etmiş, ölkəmizdə şəhid ailələrinə və qazilərə
dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini
vurğulamışlar. Çıxışçılar bütün bunlara görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə
etmişlər.

Sonda din xadimləri şəhidlərin əziz ruhlarına dualar
oxumuşlar.

Teqlər: