Abşeronda qanunsuz işləyən kafedə 11 nəfər saxlanıldı (VİDEO)

Xəbər - Samir Əli – Trend:

Abşeron rayonunda karantin qaydalarını pozaraq müştərilərə gecə saat 00:00-dan sonra xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Xırdalan şəhərində yerləşən “Read Houses” adlı kafenin saat 01:30 radələrində müştərilərə xidmət göstərdiyini müəyyən ediliblər.

Obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb, kafenin sahibi Əliağa Məmmədov və 11 müştəri saxlanılaraq Polis İdarəsinə dəvət ediliblər. Müştərilər və kafenin sahibi barəsində inzibati qaydada tədbir görülüb və onların hər biri cərimə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl olunmasının vacibliyi bir daha onların diqqətinə çatdırılıb.


Teqlər: