Abşeronda qadın və körpəsini öldürən şəxslə bağlı qərar

Abşeronda qadın və körpəsini öldürən şəxslə bağlı qərar

Abşeron rayonunda qadın və körpəsini qəsdən öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

AzerTimes xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyunun 20-də rayonun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4-cü, 120.2.7-ci və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Teqlər: