Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu ərazisində “Fiat” markalı minik avtomobilinin “КаmАZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

FHN-dən AzerTimes-a bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Teqlər: