Abşeron rayonuda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə konsert keçirilib.
AzerTimes xəbər verir ki, Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda baş tutan konsertdə şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Konsertdə xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyun aynda Bakıya gəlişi və bundan sonra ölkədə həyata keçirilən irimiqyaslı işlər barəsində məlumat verilib.
Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınıb.
Respublikamızın tanınmış incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış etdiyi və sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramı atəşfəşanlıqla sona çatıb.