Abşeronda mebel ustası dəm qazından boğulub öldü

Xəbər - Samir Əli – Trend:

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

AzerTimes-ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Gecə saatlarında qəsəbənin Koroğlu küçəsi, döngə 1-də nömrəsiz evdə Beyləqan rayon sakini, mebel ustası, 1967-ci il təvəllüdlü Abbasov Etibar Şəmil oğlu dəm qazından zəhərlənib. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.

Teqlər: