Abşeronda kişi arvadını bıçaqlayıb özünü öldürdü

Abşeron rayonunda kişi həyat yoldaşını bıçaqlayaraq intihar
edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, hadisə rayonun Güzdək qəsəbəsində qeydə baş verib.

Rayon sakini, 1971-ci il təvəllüdlü E.Məmmədov həyat yoldaşı,
1979-cu il təvəllüdlü Radə Məmmədovanı bıçaqlayaraq qətlə yetirmək
istəyib. Hadisədən sonra E.Məmmədov həyat yoldaşının hərəkətsiz
qaldığını görüb onun öldüyünü zənn edərək özünü asaraq intihar
edib.

Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma
aparılır.

Teqlər: