Abşeronda istirahət mərkəzində qətl törədən şəxsə 18 il cəza verildi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda istirahət
mərkəzlərinin birində qətl törətməkdə təqsirləndirilən İbrahim
Muxtarovun işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakimi Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 18 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2014-cü ilin avqustun 16-da Abşeron
rayonunda yerləşən istirahət mərkəzlərinin birində qeydə
alınıb.


İ.Muxtarov istirahət mərkəzində Böyükağa Əliyevi qətlə
yetirib.

İstintaq orqanları tərəfindən İ.Muxtarovun barəsində Cinayət
Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti
ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Teqlər: