Abşeron rayonunda ümumi sahəsi 360 m² olan ikimərtəbəli mansarda tipli evin mətbəxində mebel dəsti yanıb, yüksək temperaturdan 1 ədəd pəncərə çərçivəsi və 1 ədəd televizor əriyib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.