Abşeronda 25 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 24-də 13:30 radələrində Abşeron rayonunun Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü Səkinəxanım Vaqif qızı İsaqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1995-ci il təvəllüdlü Elnur Nurəli oğlu Musayev könüllü polisə gələrək təslim olub.
Araşdırma aparılır.