Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyektlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polislər tərəfindən həmin sexlərə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarınnı pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.
Qanun pozuntusuna yol verən şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.
Qeyd edək ki. sahibkarlıq subyektləri növbəti dəfə eyni əməli törədərlərsə onları inzibati qaydada həbs olunma təhlükəsi gözləyir.