Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1985-cı il təvəllüdlü Elvin Seyidpirəli oğlu Ələkbərovun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.