Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
aprelin 23-də saat 7 radələrində Abşeron rayonunun Sulutəpə
qəsəbəsi ərazisində Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi
“VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini
Adil Hüseynovu vurib. Piyada aldığı xəsarətlərdən hadisə yerində
ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma
aparılır.