Abşeron Yaşayış Kompleksinin önündə ağır nəqliyyat hadisəsi baş verib

Abşeron Yaşayış Kompleksinin önündə ağır nəqliyyat hadisəsi baş verib

Saat 16:05 radəsində Bakı-Sumqayıt yolunda, Abşeron Yaşayış Kompleksinin keçidinin önündə Mercedes markalı, 77-XY-061 dövlət qeydiyyat nişanlı sərnişin avtomobilinin arxasından kuryer xidməti göstərən motosiklet sürücüsü toqquşaraq ağır xəsarət alıb.

Zərbənin və surətin yüksəkliyindən avtomobilin arxasının möhkəm əzildiyindən bəlli olur.

Motosiklet sürücüsünün sağ ayağı topuğun yuxarı hissəsindən tam qatlanmış vəziyyətdə qırılmışdır və sol qolu da zədələnmişdir.

Hadisə yerində dərhal PPX əməkdaşları köməklik göstərməyə çalışırdı və 10 dəqiqə ərzində isə təcili tibbi yardım ekipajı özlərini yetişdirdilər.

Xəsarət alan şəxs dərhal 1 saylı klinik xəstəxanaya çatdırıldığı deyildi.

Mercedes markalı avtomobilin sürücüsü YPX əməkdaşları tərəfindən Polis şöbəsinə aparıldı.