Abşeron rayonunda avtomobilləri qarət edən şəxs yaxalandı

Abşeron rayonunda avtomobilləri qarət edən şəxs yaxalandı

Abşeronda avtomobildən oğurluq edən daha bir şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Abşeron Rayon Polis İdarəsi və Şirvan Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Abşeron rayonu ərazisində R. Cavadovun baş nahiyəsinə küt alətlə xəsarət yetirib “Opel” markalı avtomobilindən içərisində 7000 ABŞ dolları və 5341 manat olan çantanı aparmaqda şübhəli bilinən qrupun digər üzvi, Sabirabad rayon sakini B.Kərimov Şirvan şəhəri ərazisində saxlanılıb.