ABŞ hökuməti ildə 1 dəfə keçirdiyi və bu ölkədə yaşamaq imkanı verən “Green Card” pulsuz lotoreya proqramından imtina edə bilər.
Bu təkliflə ölkə prezidenti Donald Tramp çıxış edib.
Bu barədə informasiya Ağ evin saytında yerləşdirilib. Lotereyadan imtina “The RAISE” (“Məşğulluğu yaxşılaşdırmaq üzrə amerikan immiqrasiya qanunvericiliyində islahatlar”) proqramının tərkib hissəsidir. Trampın sözlərinə görə, bu son yarım əsrdə ən böyüm miqrasiya islahatıdır.
Lotereyanın yerini isə əcnəbilərə yaşayış hüququ verən başqa proqram tutacaq. Burada isə Amerika vətəndaşı olmaq istəyən və ingilis dilini yaxşı bilən şəxslər arasında müsabiqə keçirmək, ailəsini dolandırmaq imkanının nəzərə alınması və ölkə iqtisadiyyatı üçün lazımı, peşəkar bacarıqlarının nəzərə alınması əsas ola bilər.
“Green Card” sayəsində hər il müxtəlif ölkələrdən, o cümlədən Azərbaycanda yüzlərlə insan ABŞ-da yaşayıb, işləmək şansı əldə edir.
Ancaq bu ilki uduşda 224 Azərbaycan vətəndaşı “Green Card” sahibi olub. Onlar arasında keçmiş “Dəyirman” qrupunun solisti Elmir Məhərrəmov, müğənni Elariz Məmmədoğlu da var.