ABŞ Yunanıstanda hərbi mövcudluğunu artıracaq

ABŞ Yunanıstanda hərbi mövcudluğunu artıracaq

ABŞ Yunanıstanda hərbi mövcudluğunu genişləndirə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

“ABŞ müdafiə nazirinin müavini Saşa Beyker və Yunanıstan milli müdafiə nazirinin müavini Nikolaos Hardalias Şərqi Aralıq dənizi, Balkanlar, Qara dəniz və NATO-nun cənub cinahında dəstəyi gücləndirmək üçün Souda körfəzində və Yunanıstanın digər ərazilərində ABŞ-ın hərbi mövcudluğunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, – məlumatda deyilir.

Qeyd olunur ki, Aleksandropulis limanının NATO-nun şərq cinahına davamlı çıxış və xüsusilə də Ukraynaya yardım üçün əhəmiyyəti müzakirə edilib:

“Beyker Ukraynaya verdiyi dəstəyə görə Yunanıstana təşəkkür edib və bölgədəki gərginliyi azaltmaq üçün Yunanıstan-Türkiyə dialoqunun davam etdirilməsinin tərəfdarı olduğunu bildirib”.

Teqlər: