ABŞ: Yük gəmisinin oğurlanmasında İranın əli var

ABŞ: Yük gəmisinin oğurlanmasında İranın əli var

Qırmızı dənizdə “Galaksi Leader” yük gəmisinin oğurlanmasından sonra ABŞ Yəmən husilərini terrorçu qrup kimi tanımaq istiqamətində işlər görür.

AzerTimes xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.

“Yük gəmisinin ələ keçirilməsi ilə beynəlxalq qanunlar kobud şəkildə pozulub. Bu məsələdə İran husilərlə əlbirdir”, – o bildirib.

Qeyd edək ki, sözügedən yük gəmisi 18 noyabrda Türkiyədən Hindistana gedən zaman Səudiyyə Ərəbistanının Ciddə şəhərinin cənub-qərbində husilər tərəfindən ələ keçirilib.

Teqlər: