Böyük dövlətlər arasında nüvə rəqabəti bəşəriyyəti nəzarətsiz hərbi münaqişə ilə təhdid edir.
AzerTimes-ın “The Sun”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Silahlara Nəzarət Assosiasiyasında silahsızlaşdırma və təhdidilərin azaldılması siyasəti üzrə direktoru Kinqston Reyf deyib.
Onun sözlərinə görə, hazırda SSRİ və ABŞ-ın on minlərlə nüvə silahı istehsal etdiyi Soyuq müharibə dövrünə bənzər bir silah yarışı yoxdur:
“Nüvə enerjisi sənayesində yeni ciddi rəqabətin formalaşdığının şahidi oluruq. Bunun qarşısını almaq üçün addımlar atmasaq, bu, önümüzdəki illərdə daha böyük və daha təhlükəli ola bilər”.
K.Reyf əlavə edib ki, böyük dövlətlər arasında nüvə rəqabətinin yenidən başlaması halında, bu, ABŞ, onun müttəfiqləri və dünyanın bir çox dövlətləri üçün əhəmiyyətli risk yaradacaq.