ABŞ-ın Yəməndə husi qiyamçılarına qarşı başlatdığı “Rifah keşikçisi” adlı əməliyyata Böyük Britaniya, Kanada, Niderland, Bəhreyn və Avstraliya dəstək verib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, gecə saatlarında Yəmənin paytaxtı Səna, eyni zamanda Hüdeyda şəhərləri bombalanıb.
Bildirilib ki, ABŞ və müttəfiqləri Yəməndə 16 rayonda 60-dan çox hədəfə zərbələr endirib. Zərbələr döyüş təyyarələri və sualtı qayıqlardan və “Tomahavk” raketlərindən istifadə etməklə həyata keçirilib.