ABŞ Yəməndə husilərin raket qurğularına zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Mərkəzi Komandanlıq qüvvələri yanvarın 17-də husilərə məxsus 14 raket qurğusuna zərbələr endirib. Raket qurğuları ticarət gəmiləri və ABŞ-ın regiondakı gəmiləri üçün böyük təhdid təşkil edirdi”, – məlumatda qeyd olunub.