ABŞ Prezidenti Cozef Bayden Yəməndə iki aylıq atəşkəsin elan
edilməsini alqışlayır.
Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin
açıqlamasında deyilir.
“Bu təşəbbüs Yəmən xalqına çoxdan gözlədikləri fasiləni verəcək.
Bu, bütün tərəflərin Yəməndə və onun sərhədlərindən kənarda bütün
hərbi fəaliyyətləri dayandırmasını, yanacaq daşıyan gəmilərin
Hudeyda limanına daxil olmasını və razılaşdırılmış marşrutlar üzrə
Sənaya və oradan ticarət uçuşlarının bərpasını nəzərdə tutur”, –
deyə açıqlamada bildirilir.
Qeyd edilib ki, “bu vacib, lakin qeyri-kafi addımlar” bizə
gələcəkdə bütün Yəmən xalqı üçün davamlı sülhü təmin edəcək siyasi
kompromislər” axtarışına başlamağa imkan verir.
bu təşəbbüsün həyata keçirilməsinə görə Səudiyyə Ərəbistanı və
Omana təşəkkür edib.