ABŞ Prezidenti Cozef Bayden yaxın zamanlarda Cənubi Afrika Respublikasına səfər etmiş xarici ölkə vətəndaşlarının əksəriyyəti üçün ölkə ərazisinə girişə məhdudiyyətlər tətbiq edəcək.
Trend TASS-a istinadən xəbər verir ki, pandemiya və koronavirusun yeni növünün yayılmasının qarşısının alınması üçün müvafiq qərar yanvarın 30-da qüvvəyə minəcək.
Bildirlir ki, buna səbəb bəzi mütəxəssislərin mövcud peyvəndlərin Cənubi Afrika ştammına qarşı təsirli olmayacağından ehtiyyatlanırlar.
Bundan əlavə, sabiq prezident Donald Trampın göstərişinə əsasən yanvarın 26-da qüvvədən düşən Braziliya, İrlandiya, İngiltərə və Avropanın çox hissəsinə səyahət etmiş əcnəbilərin ABŞ-a səyahət barədə məhdudiyyətlər də bərpa ediləcək.