ABŞ yaxın zamanda Ukraynaya yeni yardım göndərəcək

ABŞ yaxın zamanda Ukraynaya yeni yardım göndərəcək

ABŞ yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım paketləri təqdim edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib.

“Düşünürəm ki, siz tezliklə ABŞ-dan daha çox yardım paketləri görəcəksiniz”, – deyə, Kirbi bildirib.

Qeyd edək ki, bundan öncə Ukraynaya ABŞ tərəfindən 2,1 milyardlıq dollar həcmində hərbi yardımın ayrılacağı barədə məlumat yayılmışdı.

Teqlər: