ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder deyib.
“Yaxın Şərqdəki ABŞ qüvvələrini qorumaq, İsraili müdafiə etmək, gərginliyin diplomatiya yolu ilə azaldılması məqsədilə öhdəlikləri yerinə yetirmək üçün bölgəyə əlavə raket əleyhinə müdafiə sistemləri ilə təchiz olunmuş esmineslər, qırıcı və tanker təyyarələri donanması, eyni zamanda ABŞ Hərbi Hava Qüvvələrinə aid B-52 uzun mənzilli hücum bombardmançı təyyarələri yerləşdiriləcək”, – P.Rayder bildirib.