ABŞ Yaxın Şərqə daha 900 əsgər göndərir

ABŞ Yaxın Şərqə daha 900 əsgər göndərir

Bölgədə Amerika qüvvələrinin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə daha 900-ə yaxın ABŞ əsgəri yerləşdirəcək.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder deyib.

Rayder əlavə edib ki, göndərilən bölmələr İsrailə istiqamətlənməyəcək, regional çəkindirmə səylərini dəstəkləmək və ABŞ qüvvələrinin müdafiə imkanlarını daha da artırmaq niyyətindədir.

Qeyd edək ki, Pentaqon daha əvvəl THAAD və “Patriot” batareyalarının regiona yerləşdirildiyini açıqlamışdı.

Teqlər: