ABŞ administrasiyası Yaxın Şərqdəki hərbi mövcudluğunu kreyser və esmineslərin, həmçinin əlavə təyyarələrin yerləşdirilməsi yolu ilə gücləndirir.
AzerTimes xəbər verir ki, bunu “2+2” formatında ABŞ-Avstraliya danışıqlarının yekunlarından sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Yaxın Şərqdə mövcudluğumuzu saxlamaq üçün “Avram Linkoln” gəmisini bu ayın sonunda “Teodor Ruzvelt”lə əvəz etdik. Həmçinin bölgəni raketdən müdafiə ilə təmin edə bilən əlavə kreyserlər və esmineslər göndəririk. Hava dəstəyi imkanlarımızı gücləndirmək üçün Yaxın Şərqə əlavə döyüş təyyarələri eskadrilyasını da göndərdik”, – o bildirib.