ABŞ Yaxın Şərqdə mövcud qan tökülməsinin əvvəlki illərdə olduğu kimi uzanmasının qarşısını almağa çalışır.
AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden Yaxın Şərqin münaqişə bölgəsindəki vəziyyətlə bağlı qısa açıqlama verərkən bildirib.
O, ABŞ-ın Qəzza zolağı sakinlərinə humanitar yardım çatdırmaq və anklavı bərpa etmək üçün BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıqa sadiq olduğunu söyləyib.
C. Bayden deyib: “Hesab edirəm ki, fələstinlilər və israillilər eyni tərzdə təhlükəsizlikdə yaşamağa, azadlıqdan, [iqtisadi] firavanlıqdan və demokratiyadan zövq almağa layiqdirlər. Mənim administrasiyam bu cür hədəflərə çatmaq üçün sakit, səngiməz diplomatiya ilə məşğul olmağa davam edəcək. Hesab edirəm ki, irəliləmək üçün əsl əlverişli fürsətimiz var .Və bu istiqamətdə çalışmağa sadiqəm”.