Ukraynada silah və sursat ehtiyatlarının azalması, eləcə də beynəlxalq tərəfdaşların öhdəliklərinin zəifləməsi ilə bağlı həyəcan təbili çalınır.
AzerTimes xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
“Ukrayna ordusu gərgin döyüş fonunda ABŞ-dan gələn yardımın kəsiləcəyi təqdirdə Rusiya qüvvələrinin onların müdafiə xəttini pozub bir neçə gün ərzində qələbə qazana biləcəyindən qorxur”, – məlumatda deyilir.
Qeyd olunur ki, Prezident Zelenski son günlər kəskin optimist tonunu qoruyub:
“Müttəfiqləri daha çox dəstəkləməyə çağırıb, eyni zamanda Ukraynanın müharibəni uduzmaq üzrə olduğunu qətiyyətlə rədd edib”.
Avdeyevka hərbi idarəsinin rəhbəri Vitali Barabaş qeyd edib ki, ABŞ-ın yardımı kəsilsə, bu, həm onun şəxsi heyəti, həm də yerli mülki əhali arasında böyük itkilərə səbəb olacaq:
“Müdafiə xətti dəyişə bilər və bu, tammiqyaslı müharibənin başlanğıcında olduğu kimi, ağılsız itkilərə səbəb olar. Ən böyük problem sursat çatışmazlığıdır. Bizə təkcə bizim istiqamətdə (Avdeyevka) deyil, ümumiyyətlə, bütün müdafiə xətti boyunca Rusiya ordusunu dayandırmaq üçün mümkün qədər çox sursat lazımdır. 155 mm-lik sursat, daha çox HİMARS lazımdır”.