ABŞ yalnız fövqəladə vəziyyətlərdə dünya arenasında hərbi gücdən istifadə etməlidir.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bunu Pentaqona səfəri zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.
C.Bayden bildirib: “ABŞ Müdafiə Nazirliyinin əsas və ayrılmaz missiyası düşmənlərimizin təcavüzünə mane olmaq və Amerikanın təhlükəsizliyini təmin etmək üçün lazım olduğu halda müharibə aparmaq və müharibələr qazanmaqdır. Mən hesab edirəm ki, gücün tətbiq edilməsi ilk deyil, son çıxış yolu olmalıdır”.