ABŞ yalan deyir, husilərə silah vermirik… – İran

ABŞ yalan deyir, husilərə silah vermirik… – İran

İran Yəməndəki Husi qruplaşmasına silah göndərmir.

AzerTimes xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvaninin TŞ-yə göndərdiyi məktubunda qeyd olunub.

“İran bu əsassız ittihamları qəti şəkildə rədd edir və onları ABŞ-ın Yəmənə qarşı qanunsuz hərəkətlərinə və hərbi təcavüzünə haqq qazandırmaq üçün istifadə etdiyi bəhanə kimi görür. Tehran müntəzəm olaraq Yəməndəki böhranın sülh yolu ilə həllini müdafiə edir və heç vaxt BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd fəaliyyətlər, o cümlədən silah satışı və ya ötürülməsi ilə məşğul olmayıb”, – İrəvani bildirib.

Teqlər: