ABŞ Müdafiə Nazirliyi tərəfindən naməlum uçan obyekt insidentləri ilə bağlı şübhəli yerlərdə qeyri-insani biomaterial aşkar edilib.
AzerTimes xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Devid Qraş deyib.
Qraş bildirib ki, o, ABŞ-ın imkanlarından üstün olan, yerdənkənar texnologiya ilə bağlı gizli proqramlar haqqında birbaşa məlumatlıdır:
“Hakimiyyət bu proqramları gizlədir”.
Tapıntının insan və ya qeyri-insani biomaterial olduğunu soruşduqda, keçmiş agent qeyd edib ki, bu, qeyri-insani biomaterialdır:
“Və bu, danışdığım proqram haqqında birbaşa məlumatı olan insanların təxminidir”.