ABŞ-da 100 mindən çox koronavirus xəstəsi xəstəxanalarda müalicə alır, ölkədə ilk dəfə eyni zamanda xəstəxanalarda olan koronavirus xəstələrinin sayı altı rəqəmli həddi keçib.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, hazırda ABŞ xəstəxanalarında 103 329 nəfər koronavirusdan müalicə alır. Onlardan 18,5 min nəfəri reanimasiya şöbəsindədir.
Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetindən bildirilib ki, son sutkada ölkədə koronavirusa 1 milyondan çox yoluxma halı qeydə alınıb.