ABŞ Ukrayna ordusunun ATACMS raketləri ilə hücum edə biləcəyi 200-ə yaxın Rusiya hərbi obyektinin xəritəsini tərtib edib.
AzerTimes xəbər verir ki, bu barədə “Volt Strit Jurnal” yazıb.
Nəşrin məlumatına görə, növbəti hücum Rostov vilayətindəki obyektlər ola bilər:
“Ukrayna Silahlı Qüvvələri Rusiyanın bu regionunda yerləşən bir neçə hərbi aerodromu vurmağa cəhd edə bilər”.