Vaşinqton əməliyyatlardan xəbər tutduğu üçün Türkiyə İraq və Suriyada PKK mövqelərinə zərbələri bir gün əvvələ keçirib.
AzerTimes xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, əməliyyat bazar günü gecə saatlarına salınıbmış. Lakin ABŞ-ın bu barədə xəbər tutmasından sonra Ankara əməliyyatı bir gün əvvələ keçirib.
“Belə bir addımla Türkiyə göstərdi ki, eyni anda iki nöqtəni – İraqın şimalını və Suriyanın şimalını vura bilər”, – nəşr bildirib.