ABŞ xaricdə yerləşdirdiyi nüvə silahlarını geri qaytarmalıdır

ABŞ xaricdə yerləşdirdiyi nüvə silahlarını geri qaytarmalıdır

Vaşinqton ABŞ-ın xaricdə yerləşdirdiyi bütün nüvə silahlarını öz ərazisinə geri qaytarmalıdır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Gərginliyin və risklərin artdığı bir dövrdə nüvə dövlətlərinin eskalasiyanın qarşısını almaq üçün xüsusi məsuliyyəti var. Bununla əlaqədar mən bir daha Vaşinqtonu xaricdə yerləşdirilmiş bütün nüvə silahlarını milli ərazilərinə qaytarmağa və onların saxlanması üçün yaradılan xarici infrastrukturu ləğv etməyə çağırıram.

Bundan əlavə, Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinin fundamental prinsiplərinə zidd olaraq, NATO-nun birgə nüvə missiyaları çərçivəsində qeyri-nüvə dövlətlərinin hərbi qulluqçularının cəlb edilməsi ilə bu cür döyüş sursatlarının sınaqdan keçirilməsini dayandırın”, – səfir bildirib.

Teqlər: