ABŞ vurduğu aerostatı Çinə qaytarmayacaq!

ABŞ vurduğu aerostatı Çinə qaytarmayacaq!

ABŞ vurduğu aerostatın qalıqlarını Çinə qaytarmağı planlaşdırmır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiya üzrə koordinatoru Con Kirbi deyib.

“Bu niyyət, yaxud planlar mənə məlum deyil”, – deyə o bildirib.

Qeyd edək ki, Çinə məxsus olduğu təsbit edilən aerostat (hava şarı) ABŞ səmasına daxil olduqdan sonra Atlantik Okeanı sahillərində vurulub.

Teqlər: