ABŞ viza qaydaları sərtləşdirdi

ABŞ viza qaydaları sərtləşdirdi

ABŞ ölkəyə səfər etmək istəyən əcnəbilər üçün yeni viza anketlərini hazırlayıb.

Söhbət konsulluq əməkdaşlarının tələbi ilə doldurulmalı olan əlavə blankdan gedir.

ABŞ-a getmək istəyən şəxslər son 5 ildə sosial şəbəkələrdə istifadə etdikləri adları, mobil nömrələri və elektron ünvanlarını qeyd etməlidirlər. Həmçinin ABŞ-a getmək istəyən şəxslərdən son 15 il üçün bioqrafik məlumatlar, o cümlədən yaşadığı ünvan və səfər etdiyi ölkələrin adları tələb olunacaq.

Yeni tədbirlərin turistlərin yoxlanması prosesinin gücləndirilməsi istiqamətində atılan addımların bir hissəsi olduğu bildirilir. Yeni blank mayın 23-də təsdiqlənib.