ABŞ veto qoydu, Braziliyanın qətnaməsi qəbul edilmədi

ABŞ veto qoydu, Braziliyanın qətnaməsi qəbul edilmədi

BMT Təhlükəsizlik Şurasında Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsi qəbul edilməyib.

AzerTimes xəbər verir ki, ABŞ veto hüququndan istifadə etdiyi üçün qətnamə layihəsi qəbul olunmayıb.

BMT Təhlükəsizlik Şurasının 12 üzvü qətnamə layihəsinin lehinə səs verib, Böyük Britaniya və Rusiya səsvermədə bitərəf qalıb, yalnız ABŞ onun əleyhinə səs verib.

BMT Təhlükəsizlik Şurası Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsinə Rusiya tərəfindən edilən düzəlişlərin heç birini qəbul etməyib. Bu düzəlişlərdən biri sənədin mətninə təcili humanitar atəşkəs çağırışı, ikincisi isə Qəzza zolağına ayrıseçkilik etmədən hücumları pisləyir.

Teqlər: