ABŞ vətəndaşlarının 58 faizi Baydenin işini bəyənmir – Sorğu

ABŞ vətəndaşlarının təxminən 60 faizi Cozef Baydenin ölkənin prezidenti vəzifəsindəki fəaliyyətini bəyənmir.

AzerTimes-ın məlumatına görə, bu barədə “CNN” telekanalının keçirdiyi sorğunun nəticələrində deyilir.

Məlumata əsasən, respondentlərin 41 faizi C.Baydenin vəzifəsində fəaliyyətini müsbət qiymətləndirib, 58 faizi isə onun fəaliyyətindən narazı qaldığını bildirib. Eyni zamanda qeyd olunur ki, dekabrda keçirilən sorğuda respondentlərin 49 faizi C.Baydenin prezident kimi qərarlarını dəstəkləyib.


Respublikaçılar Partiyasına rəğbət bəsləyənlər arasında amerikalıların 9 faizi C.Baydeni, Demokratlar Partiyasına rəğbət bəsləyənlərdən isə 83 faizi dəstəkləyib.

Qeyd edilir ki, sorğu yanvarın 10-dan fevralın 6-dək 1 527 nəfərin iştirakı ilə keçirilib.