ABŞ-ın Venesuelaya qarşı sanksiya siyasəti ölkə prezidenti Nikolas Maduronun qərarlarından asılı olacaq.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” mənbələrə istinadən məlumat yayıb.
“ABŞ Venesuelaya qarşı yeni məhdudiyyətlər tətbiq etməyib, lakin yeni sanksiyaların tətbiqi yeni seçilmiş rəhbərin gələcək fəaliyyətindən asılı olacaq. Vaşinqtonun fikrincə, Maduro seçkidə qalib gəlib, lakin bu, doğru yolla olmayıb”, – məlumatda deyilib.