ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət üzrə İdarəsi Venesuela üzrə sanksiya siyahısından iki İtaliya şirkətini çıxarıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Nazirliyin saytında məlumat yerləşdirilib.
Bildirilir ki, sanksiyalar siyahısından “AMG S.A.S. di Alessandro Bazzoni & C.” və “Serigraphiclab di Bazzoni Alessandro” şirkətləri çıxarılıb.
Xatırladaq ki, sözügedən şirkətlərə qarşı sanksiyalar cari ilin yanvar ayında tətbiq edilmişdi.