ABŞ və Yaponiya hipersəs raketlərinin qarşısının alınması üçün birgə saziş imzalayıblar.
AzerTimes xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Razılaşmalara əsasən, Yaponiya tərəfi planlaşdırma mərhələsində hipersəs döyüş sursatlarını vurmalı olan raket əleyhinə sistemlər üçün raket mühərrikləri və elektrik stansiyasının komponentləri üzərində işləri öz üzərinə götürəcək.
Qeyd edək ki, bir müddət öncə ABŞ və Yaponiyanın bu layihəyə 3 milyard dollar ayıracağı haqda məlumat yayılmışdı.