ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi ukraynalı həmkarı Vladislav Kanevski ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
“Bu gün Ukraynanın səfiri Vladislav Kanevski ilə görüşmək çox xoş oldu. Mən ABŞ-nin “StandWithUkraine” platforması çərçivəsində öhdəliklərini və Cənubi Qafqazda ümumi prioritetləri irəli sürmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm”, – M. Libbi bildirib.