Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Con Bassla görüşüb.
AzerTimes xəbər verir ki, Prezident İqamətgahında keçirilən görüşdə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə edilib.
Həmçinin, tərəflər ikitərəfli əlaqələrlə yanaşı, Rusiya ilə Ukrayna arasında davam edən müharibə və İsrail-İran gərginliyi haqqında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, C.Bass Türkiyədə səfərdədir.