Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon söhbəti baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya müdafiə naziri ilə amerikalı həmkarı arasında telefon danışıqlarının inkişafı olaraq 2023-cü il martın 15-də Rusiya Federasiyasının müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Amerika generalı Mark Milli arasında telefon danışığı olub”, – nazirlikdən bildiriblər.
Söhbətin təfərrüatı açıqlanmır.
Xatırladaq ki, bundan öncə ABŞ və Rusiya müdafiə nazirləri Lloyd Ostin və Sergey Şoyqu arasında telefon danışığı baş tutmuşdu.
Qeyd edək ki, 14 martda Rusiyaya məxsus Su-27 qırıcısının Qara dəniz üzərində ABŞ-ın MQ-9 pilotsuz uçuş apartına çırpıldığı bildirilir. Nəticədə PUA dənizə düşüb.