Xəbər - Orxan Nəbiyev – Trend:
ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcək.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq:
“Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı, Əfqanıstan tənzimləməsi, Qarabağ və Ukrayna məsələləri yer alır”.