ABŞ və Rusiya arasında məxfi danışıqlar gedir

ABŞ və Rusiya arasında məxfi danışıqlar gedir

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə son bir ayda bir neçə dəfə gizli danışıq aparıb.

AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri yazıb.

Mənbənin məlumatına görə, Sallivan Putinin köməkçisi Yuri Uşakovla da danışıb.

Danışıqların məqsədi eskalasiyanın genişlənməsi riskinə qarşı birbaşa əlaqə kanalının açıq saxlanılmasıdır.

Məxfi danışıqlarla bağlı Moskva və Vaşinqton heç bir açıqlama verməyib.

Nəşr qeyd edib ki, Bayden administrasiyası Moskva ilə birbaşa əlaqəni milli təhlükəsizlik baxımından vacib hesab edir. Hətta Sallivanın Ukrayna rəhbərliyindən konfliktin nizamlanması üçün danışıqlara hazır olduğunu bildirməyi xahiş edib.

Teqlər: